Azərbaycanda hərbi xidmətdən yayınanlar barədə məlumatlar, eləcə də onların ölkədən çıxışı ilə bağlı məhdudiyyətlərin tətbiqi barədə informasiyalar hazırlanaraq dövlətin yaratdığı yeni sistemdə toplanacaq.
Prezident Səfərbərlik Xidmətinin bir qrup əməkdaşını təltif etdi - SƏRƏNCAM - SİYAHI
Doktoranturada oxuyan çağırışçıların siyahısı tutulacaq – YENİ QƏRAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu Nazirlər Kabinetinin qərarı ilə Əsasnaməsi təsdiqlənən «Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi»ndə nəzərdə tutulub.
9 əməkdaşın əmək müqaviləsinə xitam verilib, 93 nəfərin işi prokurorluğa göndərilib
Hökumətin təsdiqlədiyi sənədə əsasən Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemini (VEİS) sözügedən xidmət yaradıb idarə edəcək.
Eləcə də Nazirlər Kabineti ölkədəki qurumlara tapşırıq verib ki, sistemdə nəzərdə tutulan məlumatları 6 ay ərzində təqdim etsinlər.
Xəstəliyə görə əsgərlikdən möhlət alanlar - YENİDƏN YOXLANILIR
Yeni sistemdə çoxsaylı bölmələr olacaq. Bu bölmələr çağırış yaşına qədər olanlar, çağırışçılar, hərbi xidmətdə olan və ya xidmətə könüllü gedənlər, tibbi məlumatlar, çağırışdan yayınma və ya digər inzibati xətalara aid bölmə, hərbi nəqliyyat vasitələri və sair aiddir.
Məsələn, «Çağırışçılar» altsistemində həqiqi hərbi xidmətdə olmayan 18 yaşından 30 yaşınadək kişi cinsli vətəndaşların həqiqi hərbi xidmətə çağırılması işinə dair proseslər və ona nəzarət yer alır.
"Hərbi biletə görə 22 min manat verdim" - Dövlət Xidmətinin sabiq idarə rəisinin məhkəməsi
«Tibbi şəhadətləndirilmə» bölməsində isə çağırışaqədər olanların, çağırışçıların və hərbi vəzifəlilərin tibbi və psixoloji müayinələrinin nəticələri, dispanser qeydiyyatları, xəstəlik tarixçələri, peyvənd olmaları barədə məlumatlar əksini tapacaq.
«İnzibati xətalar» bölməsində isə hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydalarına aid inzibati xətalar törətmiş vətəndaşlar, o cümlədən çağırışçılar, sağırış yaşındı olanlar, hərbi vəzifəlilər, həmçinin vəzifəli və hüquqi şəxslər barədə məlumatlar toplanıb qeydiyyata alınacaq.
Yeni sistemdə hərbi xidmətdə olan, hərbi xidmətdən ehtiyata buraxılanlar, xidməti bitirənlər, toplanış keçmiş şəxslər barədə ətraflı məlumat olacaq.
Sistemdə digər məlumatlarla yanaşı, hərbi uçot və səfərbərliklə bağlı qaydaları pozan və inzibati xətalar törədən şəxslərin hər biri – çağırışçılar və vəzifəli şəxslərdə daxil olmaqla - haqqında məlumatlar da toplanacaq. Eləcə də inzibati xətanın protokolu və görülmüş tədbir də qeyd ediləcək.
Maraqlı məqamdlardan biri odur ki, yeni sistemdə Azərbaycanın ümumi, peşə, orta ixtisas təhsili müəssisələrinə, bakalavr və magistratura səviyyələrinə qəbul olunanlar barədə məlumatlar da əksini tapacaq. Həmin məlumatlarda çağırışçıların məktəbə daxil olması, məktəbdən xaric edilməsi, təhsilini bitirib bitirməməsi də göstəriləcək.
Digər maraqlı məqam odur ki, sistemdə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar, eləcə də doktorantura səviyyəsinə qəbul üzrə xarici dil imtahanında iştirak etmək üçün müraciət edənlər barədə məlumatlar əks olunacaq.
Eləcə də xaricdə yaşayan və təhsil alan çağırışçılar, onların oxuduğı məktəb, daxil olub bitirdikləri tarix göstəriləcək.
Ailəli çağırışçılar barədə məlumatlar da sistemdə görünəcək. Ailəlii çağırışçılarla bağlı nikah şəhadətnaməsi, hətta nigah pozulubsa bu barədə məlumat, eləcə də yeni doğulan uşaqları da qeydə alınacaq.
Əsas məqamlardan biri – sistemdə hərbi xidmətdən və ya tibbi müayinədən yayınan çağırışçıların və hərbi vəzifəlilərin sərhədkeçməsi, sərhədkeçməyə məhdudiyyət siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə məlumatlar da qeydə alınacaq. Bura digər məlumatlarla yanaşı, ölkə ərazisini tərk etmə və ya ölkəyə geri qayıtma vaxtı, getdiyi ölkə, siyahıya daxil edilmə və ya siyahıdan çıxarılma tarixi və səbəbi də aiddir.
Eyni zamanda çağırış yaşına qədər olanlar və çağırışçılar barədə cinayət işinin başlanılması, bu işə məhkəmədə və ya məhkəməyədək baxılması ilə bağlı məlumatlar əksini tapacaq.
Eləcə də sistemdə Azərbaycanın şəhər və rayonları üzrə kişi və qadın cinsli vətəndaşların say tərkibi barədə məlumatlar əksini tapacaq.
Maraqlıdır ki, Hərbi Səfərbərlik Xidmətinin sistemində «Hərbi-nəqliyyat vasitələri» bölməsi də olacaq. Burada mülkiyyətindən asılı olmayaraq hərbi-avtomobil və xüsusi texnikanın da uçotu aparılacaq. Belə ki, sistemdə hərbi maşınlar, texnika barədə məlumatlar - markası, modeli, tipi, buraxılış ili, şassi və mühərrik nömrəsi, dövlət qeydiyyat nişanı, texniki baxışı, sahibi və əlaqə vasitəsi əksini tapacaq.
Ümumiyyətlə sistemidə ölkədəki yük və sərnişin avtomobillərinin sayı da göstəriləcək.











