2024-cü ilin I rübündə su nəqliyyatı sahəsində işləyənlərin orta aylıq əmək haqqı 2 106,6 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2023-ci ilin eyni dövrü ilə müqayisədə müqayisədə 201 manat və ya 10,5% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 1 905,6 manat idi.
Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 2 020,2 manat təşkil edib ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 259,2 manat və ya 14,7% çoxdur.
Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 2 653,6 manat olub. Bu da illik müqayisədə 189,4 manat və ya 7% azdır.