Ön cəbhədə olduğu kimi arxa cəbhədə də görülən işlər önəmlidir.
Eləcə də bax: Komendant saatında fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov ölkədə ərzaq təhlükəsizliyi məsələsini şərh edərkən deyib. Onun sözlərinə görə, nazirliyin kollektivi arxa cəbhədə fəaliyyətin düzgün qurulması məqsədilə bölgələrdə, xüsusilə, təmas xəttində mülki əhalinin atəşə tutulduğu ərazilərdə monitorinqlər aparır: “Eyni zamanda arxa cəbhədə işlərin düzgün qurulması üçün işlər görürük. Fermerlərimiz bu məsuliyyəti tam şəkildə dərk edir və çalışırlar”.
Qurum rəsmisi bildirir ki, əks həmlə əməliyyatı, hərbi vəziyyətin elan olunması həm də ölkədə məhsul yığımının aktiv dövrünə təsadüf edir:
“Bununla bağlı vətəndaşlarımızın narahat edən məqamlar var. Tam əminliklə deyirik ki, arxa cəbhədə kənd təsərrüfatının fəaliyyətinin qurulması, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün heç bir problem yoxdur və olmayacaq. Məhsul yığımında, həmçinin payızlıq şum əkinlərinin aparılması və ərzaq təhlükəsizliyinin təmin olunması üçün tam şəkildə çalışırıq. Ölkədə Ermənistanın bu gün yaşadığı ərzaq təhlükəsizliyi riski kimi risk yoxdur və olmayacaq”. (MediaPost)