Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin siyahısı məlum olub.
Eləcə də bax: Komendant saatı müddətində xüsusi icazənin verilməsi qaydası - MÜƏYYƏNLƏŞİB
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Hərbi vəziyyət elan edilməsi haqqında” qərarda əksini tapıb.
Qərara əsasən, aşağıdakı sahələrin fəaliyyətinə icazə veriləcək:
- Səhiyyə və sosial sahə üzrə:
xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
- İnfrastruktur sahəsi üzrə:
kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
elektrik enerjisinin istehsalı və təchizatı;
su təsərrüfatı və meliorasiya;
telekommunikasiya və rabitə xidmətləri.
- Nəqliyyat və logistika sahəsi üzrə:
hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
logistika xidmətləri;
ictimai nəqliyyatın fəaliyyəti.
- Əsas istehsalat növləri:
müdafiə sənayesi məhsullarının istehsalı;
neft avadanlıqları və qurğularının istehsalı;
qida məhsullarının və onlar üçün xammal istehsalı, qida
məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
kimyəvi məhsulların istehsalı;
kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;
metallurgiya sənayesi üzrə fəaliyyət;
tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
qablaşdırma məhsullarının istehsalı;
maşın və avadanlıqların istehsalı;
elektrik avadanlıqlarının istehsalı;
kompüter, elektron və optik məhsulların istehsalı;
avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
sair nəqliyyat vasitələrinin istehsalı;
tütün məmulatlarının istehsalı;
sair sənaye məhsullarının istehsalı.
- Pərakəndə və topdan satış üzrə:
yanacaqdoldurma məntəqələri.
- Məişət xidmətləri üzrə:
məişət tullantılarının yığılması və utilizasiyası.
- Kütləvi informasiya vasitələri.
- Təhsil müəssisələrinin fəaliyyəti.
- Fəaliyyətinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyət.
Bu sahələrdə fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol veriləcək.