2022-ci ildə ehtiyac meyarının həddi 200 məbləğində müəyyən edilir.
Eləcə də bax: Yaşa görə pensiya 372, əlilliyə görə pensiya isə 299 manata - ÇATDIRILIR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilir.
Ötən il ehtiyac meyarının həddi 170 manat olub.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.