Milli Məclisdə büdcə müzakirələri davam edir.
Eləcə də bax: Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumu - MƏLUM OLUB
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” məsələ müzakirəyə çıxarılıb. Məsələ barədə məlumat verən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 253 milyon manat və ya 5% çoxdur: "Fondun gəlirlərinin 78,2%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6%-i isə dövlət büdcəsindən balanslaşdırma məqsədi ilə ayrılan vəsait hesabına təmin ediləcək. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,8%-i qeyri-büdcə sektorunun, 39,4%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına formalaşacaq. Büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirlərin artım tempi 27,1%, qeyri-büdcə sektorunda isə 13,1% təşkil edəcək. Qeyd edim ki, gəlirlərin artımı orta aylıq əmək haqqının artımı ilə şərtləndirilir. Orta aylıq əmək haqqının cari ilin sonuna 742 manat təşkil edəcəyi, növbəti ildə isə 65 manat artaraq 807 manat olacağı proqnozlaşdırılır.
Bildirilib ki, 2022-ci ildə Fondun büdcəsini balanslaşdırma məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 146 milyon manat proqnozlaşdırılır. Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,7%-i və ya 5 milyard 133 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək. Bu isə 2021-ci ilin gözlənilən icrasından 226,2 milyon manat və ya 4,6% çoxdur".
Komitə sədri qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 264 manat, 2020-ci ildə 301 manat, 2021-ci ildə 328 manat təşkil etmiş, 2022-ci ildə isə 343 manat təşkil edəcəyi proqnozlaşdırılır, yaşa görə pensiya isə 372 manat təşkil edəcək. Əmək pensiyasının minimum məbləği 2017-ci ildə 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilmiş, 2022-ci ildə isə bu rəqəmin 240 manata çatdırılması nəzərdə tutulur.
Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 372 manata, əlilliyə görə pensiyanın 261 manatdan 299 manata, ailə başçısını itirməyə görə pensiyanın 263 manatdan 298 manata çatdırılması gözlənilir.
Əlilliyə görə pensiyaçıların sayının dinamikasındakı azalma son illərdə bu sahədə aparılan islahatlar, şəffaflığın və nəzarət tədbirlərinin güclənməsi ilə əlaqədardır. Əlilliyə görə pensiya məbləğinin orta aylıq məbləği 292, 7 manat təşkil edib.
3 yaşına qədər uşaqlara qulluqda bağlı müavinətlərin 66,7 faiz təşkil ediləcəyi gözlənilir. Hamiləliyə və doğuma görə müavinətlərin 40,3 faiz artacağı proqnozlaşdırılır".