“Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı göstərici var. Əsas məqsəd odur ki, ehtiyac meyarı yaşayış minimumuna çatdırılsın”.
Eləcə də bax: 2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi - BƏRABƏRLƏŞDİRİLƏ BİLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi ehtiyac meyarı ləğv oluna bilər.