"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi olaraq hədəfimiz və təklifimiz olacaq ki, 2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilsin".
Eləcə də bax: Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumu - MƏLUM OLUB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, yekunda hökumətin qərarı olacaq: "Qərar nə olsa, biz də onu müdafiə edəcəyik".