2025-ci il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5313,2 min nəfər olmuş, onlardan 5030,4 min nəfərini məşğul əhali təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Cari il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 879,5 min nəfər, qeyri-dövlət sektorunda isə 877,5 min nəfər təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 725,4 min nəfər çalışıb
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi emal sənayesində, 6,4 faizi tikintidə, 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri (660 min nəfər), 18,7 faizi təhsil (743,5 min nəfər), 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (826,5 min nəfər), 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat (1 milyon 194,4 min nəfər) sahəsinin payına düşüb.
4,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi (610,8 min nəfər), 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı (1 milyon 285,6 min nəfər), 3,9 faizi peşə, elmi və texniki fəaliyyət (1 milyon 524,5 min nəfər), 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə (734,4 min nəfər), 3,0 faizi istirahət, əyləncə və incəsənət (711,2 min nəfər, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, (2 milyon 289,5 min nəfər), 1,9 faizi informasiya və rabitə (1 milyon 720,1 min nəfər), 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar (938,9 min nəfər) və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi (1 milyon 33,8 min nəfər) sahələrində çalışıblar.
2025-ci ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 142,3 saat təşkil edib.