2025-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artaraq 1062,9 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əməkhaqqı neft-qaz sektorunda 3 min 830,2 manat, qeyri neft-qaz sektorunda 1010,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1017,2 manat, özəl müəssisələrdə isə 1110,0 manat olub.
Əmək haqqının ən yüksək olduğu sahələr mədənçıxarma sənayesi (3 min 596 manat), maliyyə və sığorta fəaliyyəti (2 min 768 manat), informasiya və rabitə fəaliyyəti (1 854 manat), nəqliyyat və anbar təsərrüfatı (1 645 manat), olub.
Ən aşağı olduğu sahələr kənd təsərrüfatı. meşə təsərrüfatı və balıqçılıq (644 manat) və inzibati və yardımçı xidmətlərin göstərilməsi (669 manat) olub.
Ən yüksək artım nəqliyyat və anbar təsərrüfatında (31,2% və ya 402 manat), digər sahələrdə xidmətlərin göstərilməsində (22,1% və ya 229 manat), kənd təsərrüfatı. meşə təsərrüfatı və balıqçılıqda (21,7% və ya 115 manat) və maliyyə və sığorta fəaliyyətində (20,9% və ya 478) qeydə alınıb.
Ən cüzi artım isə 2,9% və ya 21 manat olmaqla su təchizatı. tullantıların təmizlənməsi və emalı sahəsində baş verib.
Sahələr |
2025 yanvar (manat) |
2024 yanvar (manat) |
İllik müqayisə (manat) |
İllik müqayisə (%) |
Ölkə üzrə cəmi |
1 063 |
942 |
121 |
12,8% |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
644 |
529 |
115 |
21,7% |
Mədənçıxarma sanavesi |
3 596 |
3241 |
354,5 |
10,9% |
Emal sənayesi |
976 |
878 |
98,6 |
11,2% |
Elektrik enerjisi, qaz va buxar istehsah,bölüşdürülməsi və təchizatı |
1 139 |
1 052 |
86,3 |
8,2% |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
735 |
714 |
21 |
2,9% |
Tikinti |
1 155 |
1 045 |
110 |
10,5% |
Ticarət; nəqliyyat vasitələrinin təmiri |
754 |
660 |
94 |
14,2% |
Nəqliyyat və anbar təsərrüfatı |
1687 |
1 286 |
402 |
31,2% |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
794 |
734 |
60 |
8,2% |
inforrnasiva və rabitə |
1 854 |
1720 |
134 |
7,8% |
Maliyyə və sığorta fəaliyyəti |
2768 |
2 290 |
478 |
20,9% |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar |
1 008 |
939 |
69 |
7,3% |
Peşə, elmi və texniki fəaliyyət |
1 645 |
1525 |
121 |
7,9% |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
669 |
611 |
58 |
9,5% |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
1 305 |
1 194 |
110 |
9,2% |
Təhsil |
795 |
744 |
52 |
6,9% |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
928 |
827 |
101 |
12,3% |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
821 |
711 |
109 |
15,4% |
Digər sahələrdə xidmətlərin göstərilməsi |
1 263 |
1 034 |
229 |
22,1% |