Son 2 ildə Azərbaycanda dövlət qulluğunda çalışanların sayı təqribən 1000 nəfər azalıb. FED.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, azalma ilə yanaşı, dövlət qulluqçularının əmək haqqında kifayət qədər artım olub.
Eləcə də bax: Sosial sığorta borclarında – GÜZƏŞT OLMAYACAQ – MƏHKƏMƏ QƏRARI
2016-cı ildə Azərbaycan üzrə dövllət qulluqçularının sayı 30 090 nəfər, 2017-ci ildə 29 302 nəfər, 2019-cu il yanvarın 1-nə 29 100 nəfər təşkil edib. Başqa sözlə, son iki ildə dövlət qulluqçularının sayı 3,3% və ya 990 nəfər azalıb.
FED.az xəbər verir ki, dövlət qulluqçularının 4,5 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları, 75,7 faizi 4-7-ci təsnifatları üzrə və 19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyənlər olub.
Dövlət qulluqçuların maaşlarına gəlincə 2018-ci ilin nəticələrinə görə, dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 15,3 faiz artaraq 796,5 manat təşkil edib.
2016-cı ildə bu göstərici 634,3 manat, 2017-ci ildə isə 690.7 manat olub.
Dövləğ qulluğunun rəhbər vəzifələrində çalışanların maaşları isə daha yüksəkdir. 2016-cı ildə bu vəzifədə işləyənlər orta hesabla 777,8 manat, 2017-ci ildə 854,3 manat, 2018-ci ilin nəticələrinə görə isə 1003,1 manat təşkil edib.