10 iyun 2019 13:33

Sosial sığorta borclarında – GÜZƏŞT OLMAYACAQ – MƏHKƏMƏ QƏRARI

Azərbaycanın Konstitusiya Məhkəməsi Dövlət Sosial Müdafiə Fonduna ödənilən sosial sığortm haqları üzrə yraanmış borcların qaytarılması ilə bağlı məsəyə aydınlıq gətirib. FED.az xəbər verir ki, Bu məsələ Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclasında müzakirə edilib.

ELƏCƏ DƏ BAX : Əhali pulunu ehtiyatla xərcləyir – MƏRKƏZİ BANK


Qeyd edək ki, hazırda bir sıra mübahisələr üzrə Mülki Məcəllədə iddia müddəti nəzərdə tutulub. Bu müddət ümumilikdə 3 il, vergi əsələləri ilə bağlı isə 5 ildir. Yəni iddia müddəti başa çatandan sonra dəyən zərər və ya ödənilməyən borcu geri qaytarmaq üçün iddia qaldırmaq mümkün deyil.
DSMF ödənişləri  ödənişləri ilə bağlı belə bir müddət nəzərdə tutulmasa da, bəzi məhkəmələrdə analoji yanaşmalar tətbiq edərək iddia müddəti tətbiq edir və nəticədə 5 ildən sonra bu məsələ ilə bağlı iddia qaldıomaq mümkün olmurdu.
İndi isə Konstitusiya Məhkəməsi məsələyə aydınlıq gətirib. 
Iclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını və ekspertin rəyini dinləyib müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir.
Başqa sözlə, DSMF ödənişləri üzrə yaranmış borclarda idia müddəti olmayacaq və müvafiq qurum bütün dövrlər üzrə bu borcları tələb etmək üçün iddia qaldıra biləcək.
“Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz”-deyə KM-in qərarında deyilir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz