2025-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1778,5 min nəfər olub, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayının 1-i ilə müqayisədə ölkədə dövlət sektorunda çalışanların sayı 16.3 min azalıb, özəl sektorda çalışanların sayı isə 53 min nəfər artıb. (Apa)