Azərbaycanda təyyarə ilə beynəlxalq yük daşımaları sahəsində fəaliyyət göstərən “Silk Way West Airlines” şirkətində əmək haqlarının miqyasları məlum olub.
FED.az xəbər verir ki, şirkətin açıqladığı yarım illik hesabata görə, “Silk Way West Airlines”də əməkdaşların orta aylıq əmək haqqı xərci 5 min manat ətrafındadır.
Azərbaycanın özəl təyyarə şirkətinin gəlirləri iki qat azalıb – MƏNFƏƏTİ 60 DƏFƏ AŞAĞI DÜŞÜB
Ötən illə müqaнisədə bu il həmin göstərici bir qədər azalmasına baxmayaraq şirkət yenə də ölkədə ən yüksək əmək haqqı ödəyən təşkilatlar arasındadır.
Belə ki, 2022-ci ilin ilk 6 ayında şirkətin əmək haqqı xərcləri 32,8 milyon manat və ya aylıq ortalama 5,5 milyon manat olub. Həmin vaxt “Silk Way West Airlines”də 1075 nəfər çalışırdı və hər işçiyə düşən orta aylıq əmək haqqı fondu 2022-ci ilin ortasında 5081 manat təşkil edib.
2023-cü ilin yarım ilində isə şirkətin işçilərə çəkilən xərcləri 1,5 milyon manat və ya 5% azalıb. Aylıq əmək haqqı fondu isə 5,2 milyon manata düşüb. 2023-cü ilin ilk yarım illiyinin nəticələrinə görə, burada 1123 nəfər çalışıb və nəticədə və hər işçiyə düşən orta aylıq əmək haqqı fondu 4638 manata düşüb.