2024-cü ilin 1 yanvar vəziyyətinə Azərbaycanda tikinti sahəsində çalışanların sayı 112 min 596 nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu illik müqayisədə 12 min 23 nəfər və ya 9,6% azdır.
Bunun da 24 min 940 nəfəri dövlət, 87 min 656 nəfəri isə özəl sektorda çalışanlardır.
Tikinti sektorunda çalışanların 56 min 386 nəfəri binaların tikintisi, 28 min 562 nəfəri mülki təyinatlı işlər, 27 min 648 nəfəri isə ixtisaslaşdırılmış tikinti işləri ilə məşğul olanlardır.
Binaların tikintisi ilə məşğul olan muzdlu işçilərin sayı son bir ildə 14 min 707 nəfər (20,7%) azalıb, mülki təyinatlı inşaat işlərində çalışanların sayı 572 nəfər (2%), ixstisaslaşdırılmış tikinti işlərində çalışanların sayı isə 2 min 112 nəfər və ya 8,3% artıb.