Azərbaycanda ailə üzvlərinə və yaxınlarına qarşı zorakılıq edənlərə qarşı ciddi tədbirlər başlayacaq.
FED.az xəbər verir ki, bu barədə «Məişət zorakılığının qarşısının alınması haqqında» qanuna hazırlanan dəyişikliklərdə nəzərdə tutulur.
Azərbaycanda qadınları incitmək ölkəyə hər il - 800 MİLYON DOLLAR ZƏRƏR VURUR - HESABLAMA
Dəyişiklik layihəsi Milli Məclisdədir, artıq 2 oxunuşdan keçib və onun qəbul ediləcəyi şübhə doğurmur.
Dəyişikliklərdə məişət zorakılığına yol verənlərin sərt cəzalandırılması, eləcə də zorakılıq qurbanlarının daha ciddi qorunması ilə bağlı mühüm yeniliklər əksini tapıb.
Məişət zorakılığı nədir? – fiziki, psixi və iqtisadi zorakılıq da var
Sözügedən qanunun müəyyən etdiyi formaya əsasən, məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, yaxın adamların bir-birinə fiziki və ya mənəvi zərər vurmasıdır.
Məişət zorakılığı fiziki, psixoloji, hətta iqtisadi ola bilər.
Fiziki zorakılıq - şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasıdır.
Psixi zorakılıq - şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri.
İşi və ya gəliri olmayan kişilər zorakılığa daha meyilli olur - HESABAT
"Acıqlandırsan, pul verməyəcəm" yanaşması ailədaxili zorakılıq sayılacaq - BRİTANİYADA
Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər - şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləridir.
Məişət zəminində cinsi zorakılıq - şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir.
Zorakılığa nəzarətin əhatə dairəsi genişlənəcək
Qanuna ilk və əsas dəyişikliklərdən biri onun əhatə dairəsinin genişləndirilməsidir. Sənədin peambula hissəsindən və məişət zorakılığı anlayışında yaxın qohumlar sözü qohumlar sözü ilə əvəzlənib. Yəni bundan sonra qanunun təsiri təkcə yaxın qohumlara deyil, bütün qohumlara aid olacaq.
Məişət zorakılığı törədənlərin 92 faizi orta təhsillidir
Bunlar ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, habelə birgə yaşadığı hallarda digər qohumdır.
Digər tərəfdən bu qanun nikah pozulduqdan sonra da birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada, qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan yaxın qohumlarına, eləcə də qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə aiddir.
Bununla bağlı qanunun 1.0.2-ci maddəsində də mühüm dəyişiklik edilib. Belə ki, indiyədək məişət zorakılığından zərər çəkmiş şəxs dedikdə - bir yerdə yaşadığı ailə üzvü, yaxın qohumu, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin hərəkətlərindən zərər çəkmiş şəxs başa düşülürdü. İndi isə bu siyahı yuxarıda göstərilən formada dəyişdirilib və zərər vura biləcək şəxslərin siyahısı genişləndirilib.
Məsələn, bu siyahıya ərin və arvadın yaxın qohumları da əlavə olunub.
Qanuna əsas dəyişikliklər dövlət və qeyri-dövlət orqanlarının məişət zorakılığı hallarında atacağı addımların genişləndirilməsi ilə bağlıdır.
Belə ki, yeniliyə (1.0.8-ci maddəyə edilən dəyişikliyə) əsasən, yardım mərkəzləri zərər çəkmiş şəxsləri müvəqqəti sığınacaqla təmin etməlidirlər. İndiyədək bu mərkəzlər zərər çəkmiş şəxslərə hüquqi, tibbi, psixoloji, sosial və digər yardımın göstərməli idilər. İndi isə bura müvəqqəti sığınacaq təminatı da əlavə olunub.
«Məişət zorakılığının qarşısının alınması haqqında» ən vacib dəyişikliklər hüquq-mühafizə və icra orqanlarının belə hallarla zərərçəkmişlərin qorunması ilə bağlı atacağı addımlar və bu hərəkətə yol verənlərə qarşı görəcəyi tədbirlərlə bağlıdır.
Bu məsələlər qanunun 7-ci maddəsində - (Maddə 7. Məişət zorakılığı ilə bağlı şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxıldıqda, cinayət təqibi ilə yanaşı görülməli tədbirlər ) - tənzimlənir və bu maddədə yeniliklər var.
Əvvəla, yeni dəyişikliklər nəticəsində hüquq mühafizə və icra orqanlarının üzərinə vəzifə qoyulur ki, zərər çəkmiş şəxsin dövlət vəsaiti hesabına geyim, qida və sairlə təminatı ilə yanaşı, həmin şəxsləri dövlət hesabına hüquqi yardımla da təmin etsinlər.
Qanunda əsas «qırmızı işıq»lardan biri – indiyədək belə halları araşdıran dövlət qurumarının vəzifələrindən biri də ailədə münasibətlərin bərpa olunmasına kömək göstərmək idi.
Yeri gəlmişkən, indiyədək bəzi dövlət qurumları bu tələbdən sui istifdə edərək zərərçəkmiş şəxslərin vəziyyətini araşdırmaq və problemi həll etmək əvəzinə ailənin bərpa olunmasına, barışına çalışırdılar, bu da problemin nəinki həllinə, hətta sonradan güclənərək bəzən faciəvi nəticələrə səbəb olurdu.
İndi isə dövlət qurumlarına araşdırmanın aparılması zamanı bu hərəkət - ailədə münasibətlərin bərpa olunmasına kömək göstərmək qadağan edilir.
Digər tərəfdən qanunun 7.0.6-cı maddədə “əziyyət çəkən” sözləri “zərər çəkmiş şəxsə və onun” sözləri ilə əvəz edilir. Bu o deməkdir ki, qanunun müddəaları təkcə məişət zorakılığından hazırda çərər çəkən deyil, keçmişdə də zərər çəkmiş şəxslərə də aid olacaq
Qanuna dəyişikliklərin digər «qırmızı işığı» zorakılığa məruz qalan uşaqların ailələrindən və ya valideynlərin birindən geri alınmasına aiddir. İndiyədək zorakılığa qarşı tədbirlər arasında qanunda bu addım dəqiq göstərilməmişdi, indi isə bu məsələ açıq şəkildə əksini tapıb.
Bununla bağlı qanunun 8-ci maddəsinə (8.0.7 yarımmaddəsinə) dəyişiklik edilib. Bu maddə Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələrini tənzimləyir.
İndiyədək qanuna görə, dövlət qurumları məişət zorakılığından əziyyət çəkən uşaqların hüquqlarını qorumaq üçün tədbirlər görməli idilər, amma bu tədbirlərin sırası qeyri-müəyyən idi.
İndi isə göstərilir ki, belə hallar olduqda dövlət qurumları Ailə Məcəlləsinin 72-ci maddəsi ilə müəyyən edilmiş əsaslar ( yəni uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda ) olduqda, uşağı valideynlərdən və onların birindən, eləcə də onu qəyyumluğa götürmüş şəxslərdən təcili olaraq ala bilərlər.
Ümumiyyətlə dəyişikliklər nəticəsində dövlətin bu sahədə vəzifələri artırılıb. Sənədə əlavə edilən yeni 8.0.12-1-ci maddəyə əsasən, dövlət orqanları məişət zorakılığının qarşısının alınması üzrə bu Qanunda nəzərdə tutulmuş tədbirlərin monitorinqini və əlaqələndirilməsini təmin etməlidirlər. Yəni bu prosesə cavabdeh quruma çevrilirlər.
Eyni xətt qanunun 9-cu maddəsinə edilən dəyişiklikdə də görünür. Yeniliyə görə, məişət zorakılığı barədə şikayətlərə baxılarkən bunun qarşısının alınması üçün bir neçə qərar qəbul edilə bilər.
Məsələ bundadır ki, qanunda zorakılığın qarşısının alınması üçün bir neçə tədbirlər nəzərdə tutulur. Bunlar zorakılıq etmiş şəxsə xəbərdarlıq, onun valideynlik hüququndan məhrum edilməsi üçün müraciət edilməsi, hərəkətdə cinayət və inzibati məsuliyyət varsa, bu barədə hüuq mühafizə orqanlarına müraciət eilməsi, zərər çəkmiş şəxsə mühafizə orderi verilməsi, onun sığınacaqla təmin edilməsi idi. İndiyədək qüvvədə olan qanuna görə, hadisə baş verəndə bu tədbirlərdən yalnız biri görülə bilərdi. Yeniliyə görə isə, dövlət qurumları məişət zorakılığının qarşısını almaq üçün buradakı tədbirlərdən bir neçəsini eyni vaxtda tətbiq edə bilərlər – yəni bu məsələdə dövlətin mövqeyi sərtləşib.
Qanunda ən maraqlı yeniliklərdən biri – üçüncü «qırmızı işıq» mühafizə orderi ilə bağlıdır. Bu sənəd zorakılığa məruz qalan şəxsin belə hərəkətləri törədən şəxsdən qorunması üçündür.
İndiyədək bu sənəddə qeyri-müəyyənliklər çox idi. Məsələn bu sənədin hansı hallarda veriləcəyini icra hkimiyyəti müəyyən edirdi. Eləcə də bu sənədin özündə hansı qadağaların olması da tam dəqiq deyildi.
Dəyişikliklərdə bu məsələ dəqiqləşib. Qanunun 10-cu maddəsinə edilən dəyişikliyə görə, zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilir. İndiyədək bu ifadə «verilə bilər» idi.
Eləcə də mühafizə orderinin qadağan etdiyi məsələlər dəqiqləşib.
Ümumiyyətlə, mühafizə orderi məişət zorakılığının təkrar törədilməsini, zərər çəkmiş şəxsin yeri məlum olmadıqda həmin şəxsin axtarılmasını, zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsini qadağan edir. Amma indiyədək qüvvədə olan qanuna görə, mühafizə orderində bu hərəkətlər qadağa edilə bilər. İndi isə məsələ dəqiqləşib – mühafizə orderində bu hərəkətlər qadağan ediləcək.
Eyni zamanda qüsamüdətli orderin vaxtı da uzadılıb, onlar 30 gün deyil, 60 günə qədər uzadılacaq.
Başqa bir yenilik, indiyədək qaydaya görə, qısamüddətli orderin tələblərinə əməl etməyən şəxslərə uzunmüddətli order verilirdi. Yəni uzunmüddətli order o zaman verilirdi ki, qısamüddətli orderə əməl olunmasın İndi isə xəbərarlığa əməl etməyəndə də uzunmddətli order veriləcək. Yəni qısa müddətli order olmadan da, birbaşa uzunmüddətli order verilə bilər. Xatırladaq ki, uzunmüddətli order 30-180 gün ərzində verilir.
Qanuna digər yeniliyə əsasən, məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən monitorinq və əlaqələndirmə qrupları yaradılacaq.Bu qruplar dövlət orqanlarından təşkil ediləcək, amma onların tərkibinə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər də cəlb oluna bilərlər.