Azərbaycanda məişət zorakılığını törədən şəxslərin təhsil səviyyəsi açıqlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov komitənin kollegiya iclasında bildirib ki, məişət zorakılığını törədən şəxslərin 1,1%-i ali, 3,8%-i orta ixtisas, 3,2%-i ilk peşə ixtisas, 91,9%-i isə tam orta təhsillidir.
"Ailə-məişət zəminində törədilən cinayətlərə, zorakılıq hallarına gəldikdə deməliyəm ki, cinayətlərin 95,7%-i kişilərin, 4,3%-i isə qadınların payına düşür" - deyə şöbə müdiri qeyd edib.