Azərbaycanda aktiv vakansiyaların – boş iş yerlərinin sayı açıqlanıb.
120 min universitet məzunundan 70 mini işləyir, onların 40 mini 400 manatdan az maaş alır – YENİ RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov bu gün keçirilən mətbuat konfransında ölkədə 60 min aktiv vakansiyanın olduğunu bildirib. Sədr bu vakansiyaların hansı sahələrə aid olduğunu açıqlamayıb.
Əvəzində o bildirib ki, 2025-ci ildə Məşğulluq Agentliyi tərəfindən 448 işəgötürənlə, yəni şirkət və sahibkarla əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi xidməti həyata keçirilib:
"2025-ci ildə 1 min 817 şəxs kvota çərçivəsində işlə təmin edilib, 10 min 805 nəfərə işsizlikdən sığorta ödənişi edilib".
Xatırladaq ki, əmək haqqının birgə maliyyələşdirilməsi xidməti – işə götürülən işçinin əmək haqqının bir hissəsinin dövlət tərəfindən ödənilməsi deməkdir.










