2021-ci ilin ilk yarım ilində Azərbaycanda ümumilikdə 30,9 min yeni iş yeri açılsa da, bəzi rayonlarda bu göstərici xeyli aşağı olub.
Azərbaycanda ən çox və ən az iş yeri açılan rayon/şəhərlər – SİYAHI (Yanvar-iyun,2021)
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilk 6 ayda ölkədə yaradılan bütün yeni iş yerlərinin 75%-i Bakıda qeydə alınıb – 23 458 nəfər. Ölkənin digər bütün şəhər-rayonlarda isə ümumilikdə 7480 iş yeri yaradılıb.
İlk 6 ayda cəmi 4 şəhərdə – Gəncə, Sumqayıt, Lənkəran və Abşeronda yeni yaradılan iş yerlərinin sayı 500-dən yuxarı olub.
6 rayonda - Quba, Tovuz, Masallı, Xaçmaz, Qəbələ, Naftalanda yeni yraadılan iş yerlərinin sayı 200-500 arasında dəyişib.
8 rayonda yeni yaradılan iş yerlərinin sayı 100-200 arasında olub.
Ölkə üzrə 73 rayonun 53-də isə yeni yaradılan iş yerlərinin sayı 100-dən az olub. Bəzi rayon və şəhərlərdə daha aşağı göstərici qeydə alınıb.
Belə ki, 12 şəhər və rayonda 50-100 sayda, 18 rayonda 20-50 yeni iş yeri yaradılıb.
Ölkənin 23 rayon və şəhərində 6 ayda yeni yraadılan iş yerlərinin sayı 20-dən də aşağı olub.
6 rayonda ümumiyətlə iş yeri yaradılmayıb. Bunların arasında yalnız Xocalı rayonu işğal olunmuş ərazi sayılır. Heç bir iş yeri açılmayan digər rayonlar isə Ucar, Kəngərli, Şahbuz, Culfa və Lerikdir.
Daha 5 rayonda isə bu ilin 1 rübündə heç bir iş yeri açılmadığı məlum olub.
Bu dövrdə bir rayonda cəmi 1, daha bir rayonda isə cəmi 2 iş yeri açılıb.
Azərbaycanda ən çox və ən az iş yeri açılan rayon/şəhərlər – SİYAHI (Yanvar-iyun,2021)