2021-ci ilin ynvar-iyun aylarında Azərbaycanın rayon və şəhərlərində yeni açılan iş yerlərinin sayı məlum olub.
Azərbaycanda iqtisadi artım və geriləmə olan – RAYONLAR/ŞƏHƏRLƏR - TAM SİYAHI
FED.az xəbər verir ki, ilk yarım ildə ölkədə ümumilikdə təqribən 31 min - 30 939 yeni iş yeri açılıb. Bakıdan sonra ən çox yeni iş yeri ölkənin digər iri şəhərlərində – Gəncə, Abşeron, Sumqayıt və Lənkəranda yaradılıb.
FED.az yeni yaradılan iş yerlərinin sayına görə rayon/şəhərlərin renkinqini təqdim edir.