2019-cu ildə Azərbaycanda orta illik baza inflyasiya 2018-ci ilin sonuna qeydə alınmış 1,8%-ə qarşı 2,3% təşkil edib.
Eləcə də bax: Yanvarda ən vacib - ƏRZAQLAR BAHALAŞIB – SİYAHI
FED.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli kənd təsərrüfatı məhsullarının qiymət dəyişimi nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2019-cu ildə 2.3% təşkil edib ki, bu da 2018-ci ilin sonuna olan 1,8%-ə qarşı 2,3% təşkil edib”, - deyə məlumatda bildirilir.
Ümumilikdə, 520 adda mal və xidmətdən 87-nin qiyməti azalıb, 39-nun qiyməti isə dəyişməz qalıb. Beləliklə, 394 adda mal və xidmətin qiyməti bahalaşıb.
Bahalaşan məhsulların 47%-də qiymət artımı 2%-dən aşağı olub.
Cari ildə inflyasiyanın hədəf intervalında (4±2%) qalacağı proqnozlaşdırılır.
2020-ci ildə Azərbaycanda orta illik inflyasiya 4,6% səviyyəsində proqnozlaşdırılır.