2025-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində 902,9 milyon manatlıq içkilər və tütün məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-aprel ayına nisbətən 0,3% çoxdur.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,9% faizi içkilər və tütün məhsullarının alınmasına sərf olunub. Bu da da ilin əvvəlindən aprelin sonunadək gündəlik 7,5 milyon manat xərc deməkdir.
Təkcə aprel ayı ərzində əhali 231,8 milyon manatlıq içki və siqaret alıb ki, bu da günlük 7,7 milyon manat xərc deməkdir.