2025-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində 465 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-aprel ayına nisbətən 15,7% çoxdur.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,5% faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub. Bu da da ilin əvvəlindən aprelin sonunadək gündəlik 3,9 milyon manat xərc deməkdir.
Təkcə aprel ayı ərzində əhali 122,5 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatları alıb ki, bu da günlük 4,1 milyon manat xərc deməkdir.