Avropa sakinləri 700 milyard avroyadək qənaət edilmiş vəsait toplayıblar.
Eləcə də bax: Avropa Komissiyası Qarabağ münaqişəsindən əziyyət çəkənlərə - 10 Milyon Avro Ayırdı
FED.az xəbər verir ki, buna dövlət tərəfindən vətəndaşlara göstərilən dəstək tədbirləri şərait yaradıb. Bu barədə CNBC-yə UBS holdinqinin əməkdaşı Nik Nelson bildirib.
Kütləvi peyvəndləmə bir sıra ölkələrdə istehlakçılara müxtəlif xidmətlərdən yararlanmaq və tələbi lazımi səviyyədə saxlamaq imkanı yaradıb.
“BlackRock” investisiya şirkətindən bildiriblər ki, Avropada açılmadan sonra insanların çoxu fəal şəkildə restoranlara və mağazalara gedir.
“Biz bunu “revanş xərcləmələr” adlandırırıq. İnsanlar azadlığı dadmaqdan inanılmaz dərəcədə ilhamlanıblar. Bu səbəbdən, ünsiyyətdə olmaq üçün bir yerə toplaşdıqda və ya nəsə aldıqda pulu sağa-sola xərcləyirlər”, - “BlackRock”dan bildiriblər.
Qeyd edək ki, 2021-ci ilin birinci rübündə sosial aktivlik xərcləri artıb və dəbdəbə seqmentində tələbat yüksəlib.
Bir sıra Avropa ölkələrində mehmanxana sənayesində kadr çatışmazlığı müşahidə olunur. (Report)