Avropa Komissiyası Qarabağ münaqişəsindən əziyyət çəkənlərə humanitar yardım ayırıb.
Eləcə də bax: Avropa Komissiyası Azərbaycana - YARDIM EDİR
FED.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat verilib.
“Cənubi Qafqazda dayanıqlılığı və sülh quruculuğunu gücləndirmək səyləri çərçivəsində Avropa Komissiyası Dağlıq Qarabağda və ətrafında baş verən son münaqişədən təsirlənən mülki əhaliyə yardım üçün bu gün daha 10 milyon avro dəyərində humanitar yardım ayırıb”, - deyə Avropa Komissiyasının məlumatında bildirilib.
Aİ-ninBöhranİdarəçiliyi məsələləri üzrəKomissarıJanez Lenarcic deyib ki, regiondakı humanitar vəziyyət, COVID-19 pandemiyasının yayılması ilə münaqişənin nəticələrinin ağırlaşması Aİ-nin diqqətini cəlb edir: “Aİ münaqişənin təsirinə məruz qalan insanların təməl ehtiyaclarını ödəmək və həyatlarını yenidən qurması üçün onlara yardımını əhəmiyyətli dərəcədə artırır”.
Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi isə qeyd edib ki, Aİ-nin dəstəyi bununla bitməyəcək: “Keçən ilin sonunda söz verdiyimiz kimi, bu gün münaqişədən ən çox təsirlənən insanlara əlavə yardım edirik. Dəstəyimiz bununla bitməyəcək: Aİ regionun uzunmüddətli sosial-iqtisadi bərpası və dayanıqlığı istiqamətində çalışmalarını davam etdirir”.
Avropa Komissiyasının məlumatına görə bu əlavə vəsait müxtəlif istiqamətlərdə sərf olunacaq: “Bu gün ayrılan maliyyə vəsaitiqida, gigiyena və ev əşyaları, səhiyyə məsələlərə sərf olunacaq. Eyni zamanda, bu vəsait psixososial dəstək, fövqəladə vəziyyətdə təhsil və dolanışıq dəstəyi daxil olmaqla, qoruma yardımını da əhatə edəcək. Bu yardım məcburi köçkünlər, geri qayıdanlar və ev sahibi icmalar da daxil olmaqla, münaqişənin təsirinə məruz qalmış ən həssasinsanlara fayda gətirəcək. Bu əlavə maliyyələşmə həm də yaşayış yerlərində humanitar minalardan təmizləmə və bu ərazilərdə yaşayan insanlara mina riski ilə bağlı təhsilinin verilməsinə ayrılacaq”.
Avropa Komissiyasından onu da bildiriblər ki, humanitar yardım BMT agentlikləri, beynəlxalq təşkilatlar və QHT-lərlə tərəfdaşlıq edilərək müvafiq yerlərə çatdırılacaq. (Apa)