«Böyük 7»-lik ölkələrində Avropanın aparıcı dövlətləri, ABŞ Kanada və Yaponiyada minimum əmək haqları açıqlanıb.
Eləcə də bax: Bakıda orta aylıq əməkhaqqı açıqlandı – Cüzi Azalıb
FED.az xatırladır ki, hazırda Azərbayanda miinmum əmək haqqı 250 manat təşkil edir, bu da 147 ABŞ dollarına ekvivalentdir.
Eləcə də bax: Azərbaycanda ən çox orta aylıq əməkhaqqı hansı rayonlardadır? – TAM SİYAHI
Dünyanın bir sıra ölkələrində isə minimum əmək haqqı saat hesabı müəyyən edilir. Azərbaycandakı minimum aylıq əmək haqqı göstəricisini saatlıq tarifə keçirsək 1,36 manat və ya 80 sent təşkil edir.
İqtisadiyyatı Azərbaycanla müqayisəyə gəlməz şəkildə inkişaf etmiş «Böyük-7»lik ölkələrində isə minimum əmək haqları aşağıdakı kimi dəyişir:
İtaliya
İtaliyada rəsmi olaraq minimum əmək haqqı üçün konkret məbləğ nəzərdə tutulmayıb. Yalnız Konstitusiyada yazılıb ki, italyanların əməyi layiqincə qiymətləndirilməlidir. Reallıq isə ondan ibarətdir ki, İtaliyada maaşlar minimum 800 avrodan başlayır və aylıq 800-16000 avro arasında dəyişir. Orta hesabla italiyalı işçi ildə vergi çıxılmazdan əvvəl 30,3 min avro qazanır, yəni təqribən ayda 2500 avro. Bütün vergilər çıxılandansonra isə aylıq təmiz maaş 1825 dollar təşkil edir (2117 dollar). Real minimum maaş isə 800 avro və ya 928 dollar edir.
Yaponiya
Yaponiyada ölkə üzrə vahid minimum əmək haqqı yoxdur, bu məbəlğəl regionlar və iqtisadiyyatın sektorları üzrə ayrıca müəyyən edilir. Bütün bunları nəzərə alanda ölkə üzrə orta göstərici olaraq minimum əmək haqqı saatda 950 yen və ya 8,6 dollar təşkil edir. Bu da gündə 8 saatlıq və 5 günlük iş həftəsini nəzərə alanda 1575 dollar təşkil edir.
Böyük Britaniya
2021-ci il aprelin 1-dən etibarən Britaniyada minimum əmək haqqı 23 yaşdan yuxarı insanlar üçün saatda 8, 91 funt sterlinq təşkil edir. 8 saatlıq və 5 günlük iş həftəsini nəzərə alanda 1640 funt və ya 2230 dollar təşkil edir.
Fransa
Fransada hər il minimum əmək haqqı dəyişir. Bu məbləğ hesablananda ölkə əhalisinin ən kasıb 20% hissəsi üçün inflaysiya və əhalinin alıcılıq qabiliyyəti nəzərə alınır. 2021-ci ildə Fransada minimum əmək haqqı 1554 avro və ya 1800 dollar təşkil edir. Vergilər və digər məcburi ödənişlər çıxılandan sonra isə «təmiz» minimum əmək haqqı ayda 1231 avro və ya 1428 dollar təşkil edir.
Almaniya
Almaniyada minimum əmək haqqı saat hesabı müəyyən edilib. 2021-ci il iyulun 1-dən etibarən minimum əmək haqqının məbləği saatda 9,6 avro (11,1 dollar) təşkil edir. Gündə 8 satlıq iş günü və 5 günlük iş həftəsini nəzhərə alanda Almaniyada minimum əmək haqqı aylıq 1766 avro və ya 2050 dollar təşkil edir. Yeri gəlmişkən, gələn il bu məbləğ 2230 dollar olacaq.
Kanada
Kanadada da minimum əmək haqqı əyalətlər üzrə müəyyə edilir. Bəzi əyalətlərdə azalıb, digərində arta bilər. Rəsmi məlumata görə, Kanadada minimum əmək haqqı saatda 11,5-16 kanada dolları arasında dəyişir ki, bu da 8,4-11,2 ABŞ dolları deməkdir. 8 saatlıq iş günü və 5 günlük iş həftəsini nəzərə alanda Kanadada minimum aylıq əmək haqqı 1545-2060 dollar arasında dəyişir.
ABŞ
ABŞ-da ölkə üzrə minimum əmək haqqı norması 2009-cu ildən bəri dəyişməyib – saatda 7,25 dollar (aylıq məbləğ 1334 dollar). Amma cəmi 18 ştat buna əməl edir, ştatların əksəriyyəti bu rəqəmi çoxdan artırıblar. Məsələn 2021-ci ildə Arkanzas və İllinoysda minimum əmək haqqı saatda 11 dollar (aylıq məbləğ 2024 dollar), Kaliforniyada 14 dollar (2575 dollar), Alyaskada 10 dollar (1840 dollar) müəyyən edilib.