ABŞ-da kənd təsərrüfatı sekroru xaricində məşğulluq avqust ayında 315 min artıb.
Eləcə də bax: ABŞ iqtisadiyyatında geriləmə baş verdi - 2020-Cİ İLDƏN İLK DƏFƏ
FED.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, işsizlik nisbəti işçi qüvvəsinə qatılanların artıması ilə əlaqədar olaraq 3,5%-dən 3,7%-ə yüksəlib.
Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu məğulluqda 298 min artım olacağı istiqamətində idi. İşsizlik nisbəti ilə bağlı gözlənti isə 3,5% təşkil edirdi.
Orta saatlıq maaş aylıq 0,3% və illik 5,2% artıb. Proqnoz aylıq 0,4%, illik isə 5,3% artım idi.
Son 2 ayın məşğulluq məlumatları 107 min azaldılıb. İyun məlumatı 528 mindən 526 minə revizə edilib.
Açıqlanan məlumatlar göstərir ki, yüksək inflyasiya, yüksək faiz mühiti və iqtisadi qeyri-müəyyənliklərə baxmayaraq, məşğulluq bazarı güclü olaraq qalır. (Marja)