İyun ayında ABŞ-da inflyasiya illik 9,1 faizə yüksəlib (istehlakçı qiymətləri indeksi iyunda ötən ilin iyun ayı ilə müqayisədə 9,1% artıb).
Eləcə də bax: ABŞ iqtisadiyyatında geriləmə baş verdi - 2020-Cİ İLDƏN İLK DƏFƏ
FED.az xəbər verir ki, iqtisadçıların proqnozu 8,8 faiz idi. Beləliklə, inflyasiya rekord yeniləyib. Mayda inflyasiya illik 8,6 idi.
İnflyasiya aylıq 1,3 faiz təşkil edib (istehlakçı qiymətləri indeksi may ayı ilə müqayisədə iyunda 1,3% artıb). Proqnoz 1,1 faiz idi.
Baza CPI illik 5,9 faizə düşüb. Gözlənti 5,7 faiz idi. (Marja)