Gələn ildən qüvvəyə minən dəyişikliklər və vaxtilə tətbiq edilmiş bəzi güzəştlərin qüvvədən düşməsi nəticəsində işçilərin əmək haqqından tutulan məbləğlər də dəyişəcək.
Eləcə də bax: Azərbaycanda maaşlar - 8 Faizdən Çox Artırılacaq
FED.az biznes və maliyyə xəbərləri hüquqşünas Şəhriyar Həbilovun bununla bağlı hesablamasını təqdim edir.
2021-ci ildən bütün ölkə ərazisində tətbiq edilən icbari tibbi sığorta ilə əlaqədar qeyri-neft və qeyri-dövlət sahələrindəki 8 min manatadək əmək haqqısı olanlar üzrə 50%-lik güzəşt ləğv ediləcək.
Beləliklə 2022-ci ildən əmək haqqından tutulmaların aşağıdakı kimi olacağı gözlənilir:
- gəlir vergisi
- məcburi dövlət sosial sığorta haqqı
- işsizlikdən sığorta haqqı
- icbari tibbi sığorta haqqı
İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:
- Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əmək haqqının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində
- özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əmək haqqından 8000 manatadək hissənin 2%-i, (2021-ci ildə 1% idi), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində
Beləliklə hesablanma formasını təqdim edirik.
1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
1.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə
a) gəlir vergisi - tutulmur (8000 AZN-dək)
b) sosial sığorta haqqı - 250 AZN əmək haqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN,
200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 10%-i, yəni 5 AZN, ümumilikdə 6+5=11 AZN
c) işsizlikdən sığorta haqqı - 250 AZN-in 0.5%-i = 1.25 AZN
d) icbari tibbi sığorta haqqı - 2% = 5 AZN
250-(0+11+1.25+5)=250-17.25=233.75
Netto məbləğ 233.75 AZN olacaq
1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
a) gəlir vergisi - 8000 AZN-dən yuxarı məbləğin 14%-i
8100-8000=100 AZN
100 AZN-in 14%-i = 14 AZN
b) sosial sığorta haqqı - 8100 AZN-200 AZN=7900 AZN
200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)
7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)
c) işsizlikdən sığorta haqqı - 8100 AZN-in 0.5%-i = 40.5 AZN
d) icbari tibbi sığorta haqqı - 8000 manata görə 2%, yuxarı olan 100 manata görə 0.5%=160+0.5=160.5
8100-(14+790+6+40.5+160.5)=8100-1011=7089 AZN
Netto məbləğ 7089 AZN olacaq.
2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
2.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə
a) gəlir vergisi - 250 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%
250-200=50
50-in 14%-i=7 AZN
b) sosial sığorta haqqı - 250 AZN-in 3%-i = 7.5 AZN
c) işsizlikdən sığorta haqqı - 250 AZN-in 0.5%-i = 1.25 AZN
d) icbari tibbi sığorta haqqı - 250 AZN-in 2%-i = 5 AZN
250 AZN-(7+7.5+1.25+5)=250-20.75=229.25
Netto məbləğ 229.25 AZN olacaq
2.2) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
a) gəlir vergisi - 8100 AZN-2500 AZN=5600 AZN
2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN
5600 AZN-in 25%-i = 1400 AZN
b) sosial sığorta haqqı - 8100 AZN-in 3%-i=243 AZN
c) işsizlikdən sığorta haqqı - 8100 AZN-in 0.5%-i = 40.5 AZN
d) icbari tibbi sığorta haqqı - 8000 AZN-in 2%-i və 100 AZN-in 0.5%-i = 160.5 AZN
8100-(350+1400+243+40.5+160.5)=8100-2194=5906 manat
Netto məbləğ 5906 AZN olacaq
Əlavə olaraq 2022-ci il üçün minimum aylıq əmək haqqının 300 AZN olması barədə düzəlişlər ediləcəyi halda hesablamanı təqdim edirik.
1.3) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
Əmək haqqı 300 AZN olanlar üçün nümunə
a) gəlir vergisi - tutulmur (8000 AZN-dək)
b) sosial sığorta haqqı - 300 AZN əmək haqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN,
300 AZN-dən yuxarı hissə üçün isə 100 AZN-in 10%-i, yəni 10 AZN, ümumilikdə 6+10=16 AZN
c) işsizlikdən sığorta haqqı - 300 AZN-in 0.5%-i = 1.5 AZN
d) icbari tibbi sığorta haqqı - 2% = 6 AZN
250-(0+16+1.5+6)=300-23.5=276.5
Netto məbləğ 276.5 AZN olacaq
2.3) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
Əmək haqqı 300 AZN olanlar üçün nümunə
a) gəlir vergisi - 300 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%
300-200=100
100-ün 14%-i=14 AZN
b) sosial sığorta haqqı - 300 AZN-in 3%-i = 9 AZN
c) işsizlikdən sığorta haqqı - 300 AZN-in 0.5%-i = 1.5 AZN
d) icbari tibbi sığorta haqqı - 300 AZN-in 2%-i = 6 AZN
300 AZN-(14+9+1.5+6)=300-30.5=269.5
Netto məbləğ 269.5 AZN olacaq
Müəllif: Şəhriyar Həbilov, hüquqşünas