Azərbaycanda yük daşıyanın mülki məsuliyyətinin könüllü sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 54 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 min manat və ya 11% çoxdur.
Əvvəlki ilin eyni dövründə bu göstərici 49 min manat təşkil edib.
Hesabat dövründə bu sığorta növü üzrə ödənişlər cəmi 3 min manat olub.