Azərbaycanda peşə məsuliyyətinin könüllü sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 621 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 507 min manat və ya 46% çoxdur.
Əvvəlki ilin eyni dövründə bu göstərici 1 milyon 114 min manat təşkil edib.
Hesabat dövründə bu sığorta növü üzrə cəmi 2 min manat ödəniş edilib. Ötən ilin eyni dövründə isə ödənişlər edilməyib.