Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 18,195 mln. manat həcmində sığorta haqqı yığılıb və 7,194 mln. manat həcmində ödəniş həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında aparılan hesablamalara görə, 2021-ci ilin analoji ayı ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 8,3% və 2,7 dəfə azalıb.
İcbari sığorta növləri üzrə yığımlar bazarın 15,4%-ini (ötən ilin eyni dövründə 19,1%), ödənişlər isə 43,3%-ini (ötən ilin eyni dövründə 34,6%) təşkil edib.
Zərərliliyə gəldikdə, yanvarda icbari sığorta bazarında bu nisbət 39,5%-ə bərabər olub ki, bu da illik müqayisədə 59,6 faiz bəndi azdır.