2026-cı ilin yanvar ayı ərzində sığorta bazarı iştirakçılarının topladıqları sığorta haqlarının həcmi məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat dövründə bazarda yığımların həcminə görə "Paşa Sığorta" ASC və "Paşa Həyat Sığorta" ASC liderlik edir.
"Paşa Sığorta" ASC 65 milyon 501 min manatlıq yığım həcmi ilə siyahıda birinci yerdə qərarlaşıb.
"Paşa Həyat Sığorta" ASC 50 milyon 349 min manat sığorta haqqı toplayaraq ikinci pillədə yer alıb.
"Aqrar Sığorta" ASC 8 milyon 949 min manatlıq göstərici ilə ilk üçlüyü tamamlayıb.
Sığorta yığımlarının həcminə görə "Atəşgah Həyat" Sığorta Şirkəti ASC 6 milyon 332 min manat, "Qala Sığorta" ASC 4 milyon 228 min manat və "Atəşgah" Sığorta Şirkəti ASC 3 milyon 917 min manatlıq nəticə göstərib.
Növbəti yerlərdə "Azərbaycan Sənaye Sığorta" ASC 3 milyon 879 min manat, "Xalq Sığorta" ASC 3 milyon 586 min manat və "Meqa Sığorta" ASC 2 milyon 756 min manatlıq yığımla yer alıblar.
Yanvar ayı üzrə sığorta haqlarının toplanmasında "Meqa Həyat Sığorta" ASC 2 milyon 162 min manat, "Qala Həyat" Sığorta Şirkəti ASC 1 milyon 561 min manat və "A-Group Sığorta Şirkəti" ASC 1 milyon 334 min manatlıq həcm nümayiş etdiriblər.
Ümumilikdə sığorta bazarında cəmləşən vəsaitlərin böyük hissəsi aparıcı şirkətlərin payına düşür.













