Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 503,6 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 95,7 min manat və ya 32,2% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 3 milyon 407,8 min manat təşkil edib.