Bu ilin Yanvar-Oktyabr aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 1 milyon 277 min manat olub.
Eləcə də bax: Azərbaycanda həyat sığortası 16%, qeyri-həyat sığortası isə - 6% Artıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın aylıq hesabatına görə, bu, ötən ayla müqayisədə 115 min çox, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 890 min azdır.
Xaricə səfər edən vətəndaşların sığortası ödənişlərinə gəlincə, bu ilin oktybr ayında bu rəqəm 281 min manat təşkil edib ki, bu, sentyabr ayı ilə müqayisədə 5 min çox, ötən illə müqayisədə isə 156 min azdır.