Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Xalq Sığorta” şirkətinin 2023-cü ilin yanvar-dekabr ayları üzrə uğursuz fəaliyyətinin nəticələri məlum olub.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ilin yanvar-dekabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, cari ilin ilk ayında “Xalq Sığorta” şirkətinin yığım portfeli 20,073 mln. manat təşkil edib. Bu isə 2022-ci ilin yanvar-dekabr aylarının göstəricisi ilə müqayisədə 18,201 mln. manat və ya 43,1% azdır.
“Xalq Sığorta” şirkəti sığorta şirkətləri arasında yığımların həcminə görə 9-cu, dinamikasına görə sonuncu pillədə qərarlaşıb.
Hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə müştərilərə ümumilikdə 22,55 mln. manat həcmində sığorta ödənişi verilib ki, bu da son bir illə müqayisədə 5,410 mln. manat və 19,7% az olub.
Bu dövrdə "Xalq Sığorta"nın zərərlilik göstəricisi 91,6% təşkil edib.
“Xalq Sığorta” şirkəti sığorta şirkətləri arasında ödənişlərin həcminə görə 5-ci, dinamikasına görə 16-cı, zərərlilik göstəricisinə 2-ci pillədə qərarlaşıb.