“Xalq Sığorta” ASC bu ilin ilk 11 ayı ərzində 23 milyon 228 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 196 min manat və ya 10,4% artım deməkdir.
Bu dövrdə ödənişlərin məbləği 9 milyon 841 min manat olub ki, bu da ötən ilin göstəricisindən (9 milyon 649 min manat) 2% çoxdur.












