“Azərbaycan Sənaye Sığorta” ASC bu ilin ilk 11 ayı ərzində 30 milyon 548 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 231 min manat və ya 31% artım deməkdir.
Ödənişlər də 526 min manat (4,8%) artaraq 11 milyon 442 min manat olub. Ötən il ödənişlər 10 milyon 916 min manat olmuşdu.












