“Xalq Sığorta” ilk 10 ayda 22 milyon 185 min manat sığorta haqqı toplayıb.
Şirkətin yığımları son bir illə müqayisədə 2 milyon 398 min manat (12,1%) artıb.
Ötən il yığımlar 19 milyon 787 min manat idi.
Bu dövrdə ödənişlərin məbləği 8 milyon 923 min manat olub ki, bu da ötən ilin göstəricisindən 225 min manat və ya 2,6% çoxdur.
Ötən ilin müvafiq dövründə "Xalq Sığorta" 8 milyon 698 min manat ödəniş etmişdi.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən "Xalq Sığorta" ASC, 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkət, tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında yüksək etimad qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.











