“Xalq Sığorta” şirkəti ilk 9 ayda 20 milyon 538 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları son bir illə müqayisədə 3 milyon 834 min manat (22,8%) artıb. Ötən il yığımlar 16 milyon 704 min manat idi.
Bu dövrdə ödənişlərin məbləği 7 milyon 639 min manat olub. Ötən il müştərilərə 7 milyon 763 min manat ödəniş edilib. Şirkətin ödəniş-yığım nisbəti 37,2% təşkil edib. Ötən il bu göstərici 46,5%-ə bərabər idi.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən "Xalq Sığorta" ASC, 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkət, tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında yüksək etimad qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.














