“Xalq Sığorta” ASC-nin İdarə Heyətinə yeni seçilmiş Ağamirli Elmin Nazim oğlunun təyinatı təsdiqlənib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, o, həmçinin Maliyyə idarəsinin müdiri-baş mühasib vəzifəsində də qalacaq.
Eləcə də bax: “Xalq Sığorta” portfelini - SÜRƏTLƏ BÖYÜDÜR
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Platası sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər üçün keçirilmiş attestasiyanın nəticələrini açıqlamışdı. Ağamirli həmin attestasiyada 74 bal toplamışdı.