Bu ilin 7 ayının göstəricilərinə görə sığorta yığımlarında ən yüksək artım “Xalq Sığorta” şirkətinə məxsus olub. FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, bu ilin yanvar – iyul aylarına olan göstəriciyə görə “Xalq Sığorta”nın yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə artaraq 14 mln 884 min manat olub.
Şirkətin sığorta ödənişləri isə 4.5 dəfə artaraq 8 mln 181 min manat olub.
Eləcə də bax: Sığorta şirkətlərinin yığım dinamikası üzrə - RENKİNQİ (01.08.2019)
Bu ilin 7 ayının nəticələrinə görə, ümumilikdə sığorta yığımlarında ən böyük artım dinamikası da elə “Xalq Sığorta” şirkətinə məxsus olub. Bununla da “Xalq Sığorta” ən yaxın openentindən Naxçıvansığortadan 1.5 dəfə, digər sığorta şirkətlkərindən isə böyük fərqlə sığorta yığımlarına görə, fərqlənib.