“Xalq Həyat Sığorta” ASC-nin peşəkar satış komandası tərəfindən bu ilin yanvar-noyabr aylarında 9 milyon 1 min manat sığorta haqqı toplanılıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 1 milyon 321 min manat, başqa sözlə 17,2% artıb. Ötən ilin eyni dövründə “Xalq Həyat Sığorta” ASC-nin yığımları 7 milyon 680 min manat olmuşdur.
Bununla yanaşı, şirkətin sığorta ödənişlərində də kəskin artım qeydə alınıb.
Belə ki, hesabat dövründə şirkət tərəfindən müştərilərə 3 milyon 108 min manat məbləğində sığorta ödənişi edilib ki, bu da illik müqayisədə 2 milyon 688 min manat və ya 7,4 artım deməkdir.
Ötən ilin müvafiq dövründə sığorta ödənişləri 420 min manat olub.