Azərbaycanda həyat sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 498 milyon 719 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 112 milyon 873 min manat və ya 29% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 385 milyon 846 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 271 milyon 630 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 43 milyon 575 min manat və ya 19% çoxdur.
Ötən ilin eyni dövründə 228 milyon 55 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 54% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 59% təşkil edib.