“Xalq Həyat” ASC-nin İdarə Heyətində yeni seçilmiş xanımın üzvlüyü daimləşib.
Eləcə də bax: AQC-nin rəhbər heyətinə - TƏYİNATLAR OLUB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Aynurə Quliyeva Toğrul qızın bundan sonra sığortaçının İdarə Heyətində üzv kimi daimi olacaq.
Qeyd edək ki, 2022-ci ilin əvvəlindən A.Quliyeva “Xalq Həyat” ASC-nin İdarə Heyətində müvəqqəti üzv idi.
Hazırda o paralel olaraq sığorta şirkətinin baş mühasibidir.
“Xalq Həyat” ASC 2018-ci ildə yaradılıb və 15 mln. manat nizamnamə kapitalı var. Kapitalının 100%-i “Xalq Sığorta” ASC-yə məxsusdur.