Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) ötən həftə baş tutan hesabat-seçki konfransında seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib.
Eləcə də bax: SOCAR-a idarə rəisi - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, Qurumun İctimaiyyətlə Əlaqələr Departametindən verilən məlumata görə, iclası giriş sözü ilə açan AQC sədri Vüqar Oruc konfransın nəticələri və görüləcək işlərlə bağlı məruzə ilə çıxış edib.
Daha sonra cəmiyyətin rəhbər strukturları formalaşdırılıb. AQC sədri Vüqar Orucun sərəncamı ilə Ramil Osmanlı, Zamin Hüseynov və Fərid Rüstəmov cəmiyyətin sədr müavinləri, Elnur Əsədov Təşkilat, Pərviz Qulami İctimaiyyətlə Əlaqələr, Şükür Hüseynov Hüquq və qiymətləndirmə standartları, İbrahim Quliyev Təlim, tədris və sertifikatlaşdırma departamentlərinin, Rəşad Əliyev isə Ekspertiza Mərkəzinin rəhbərləri vəzifələrinə irəli çəkilib.
Eyni zamanda qurumun sabiq sədri Nüsrət İbrahimov sədrin müşaviri təyin olunub. İclasda AQC-nin gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub. AQC sədri Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin strateji fəaliyyət planın hazırlanacağını və növbəti iclaslarda müzakirəyə çıxarılacağını diqqətə çatdırıb. (SOSİUM.az)