“Xalq Həyat Sığorta” ASC-nin peşəkar satış komandası tərəfindən bu ilin yanvar-oktyabr aylarında 8 milyon 435 min manat sığorta haqqı toplanılıb.
FED.az bu Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 1 milyon 372 min manat, başqa sözlə 19,4% artıb. Ötən ilin eyni dövründə “Xalq Həyat Sığorta” ASC-nin yığımları 7 milyon 63 min manat olmuşdur.
Bununla yanaşı, şirkətin sığorta ödənişlərində də kəskin artım qeydə alınıb.
Belə ki, hesabat dövründə şirkət tərəfindən müştərilərə 1 milyon 813 min manat məbləğində sığorta ödənişi edilib ki, bu da illik müqayisədə 1 milyon 473 min manat və ya 5,3 artım deməkdir.
Ötən ilin müvafiq dövründə sığorta ödənişləri 339 min manat olub.