“Xalq Həyat”Sığorta Şirkəti ilk 9 ayda 8 milyon 393 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları son bir illə müqayisədə 322 min manat (4%) artıb. Ötən il yığımlar 8 milyon 71 min manat idi.
Bu dövrdə ödənişlərin məbləği 4 milyon 78 min manat olub. Ötən il müştərilərə 4 milyon 848 min manat ödəniş edilib.





 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








