“Xalq Həyat” ilk 8 ayda 7 milyon 211 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları son bir illə müqayisədə 676 min manat (10,4%) artıb. Ötən il yığımlar 6 milyon 535 min manat idi.
Bu dövrdə ödənişlərin məbləği 3 milyon 855 min manat olub. Ötən il müştərilərə 4 milyon 296 min manat ödəniş edilib.