“Xalq Həyat” Sığorta Şirkəti ASC bu ilin ilk 7 ayı ərzində 6 milyon 196 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 443 min manat, başqa sözlə 7,7% artıb.
Əvvəlki ilin eyni dövründə şirkətin yığımları 5 milyon 753 min manat olmuşdu.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği 3 milyon 648 min manat olub.
Ötən ilin eyni dövründə şirkət tərəfindən müştərilərə 4 milyon 157 min manat ödəniş edilib.